Accessibility links

Ağ Ev Rusiyanın Suriya prezidenti Bəşər Əl-Əsədi Moskvada təntənəli sürətdə qarşılamasını tənqid edib.

Ağ Ev sözçüsü bildirib ki, Suriyada siyasi keçid prosesinə kömək göstərmək hədəfində olduğunu deyən Rusiyanın belə qarşılama həyata keçirməsi qəribədir.

Çərşənbə günü Əsəd Kremldə prezident Vladimir Putinlə görüş keçirib. O bildirib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulması terrorizmin yayılmasının qarşısını alıb. Əsəd Suriyadakı üsyançıları terrorçu adlandırır.

Rusiya Suriyada əməliyyatlara üç həftə əvvəl başlayıb və məqsədinin İslam Dövləti qrupunu dağıtmaq olduğunu deyib. Lakin ABŞ bildirib ki, Rusiya hava hücumları üsyançı qrupları hədəf alır və Əsəd rejiminə dəstək verir.

XS
SM
MD
LG