Accessibility links

Rusiya Suriyada ABŞ-ın dəstəklədiyi üsyançıları bombalayıb


al-Tanf region, Syria
al-Tanf region, Syria

ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirib ki, Rusiya təyyarələri Suriyanın cənubunda ABŞ-ın dəstəklədiyi üsyançılar daxil olmaqla, İslam Dövlətinə qarşı döyüşən üsyançılara bomba atıb.

Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, müəyyən müddət ərzində rus təyyarələri Suriyanın İraq və İordaniya ilə sərhədində yerləşən Əl-Tanf bölgəsində fəal olmayıb. Bu isə Rusiyanın məqsədləri ilə bağlı şübhələr doğurub.

“Biz Rusiyadan bu addımla bağlı açıqlama tələb edəcəyik və bunun bir daha təkrarlanmayacağına dair onlardan vəd almağa çalışacağıq,” deyə rəsmi cümə axşamı bildirib.

Daha əvvəl də ABŞ Rusiyanın Suriyada mövcudluğunu qınayıb və Rusiya qüvvələri ilə birgə işləməkdən imtina edib. ABŞ onları Suriya prezidenti Bəşar Əl-Əsəd hakimiyyətini möhkəmləndirməyə yardım etməkdə günahlandırır.

Bombalama ABŞ dövlət katibi Con Kerri Rusiya və Suriyanı bu ilin əvvəlində üç ölkə arasında əldə olunan atəşkəsə riayət etməyə çağırandan sonra baş verib. Bunun ABŞ və Rusiya arasındakı münasibətlərdə gərginlik yaradacağı gözlənilir.

“Rusiya başa düşməlidir ki, bizim səbrimiz sonsuz deyil,” deyə Kerri bildirib.

ABŞ ordusu İslam Dövlətinə qarşı döyüşən mötədil Suriya üsyançılarından ibarət bölmələrə təlim keçmək üçün 2015-ci ilin əvvəlindən Suriyada təlim proqramları həyata keçirir. Proqram çox az müsbət nəticələr verib. Bu səbəbdən də ABŞ Müdafiə Nazirliyi strategiyasını dəyişib və artıq bütöv bölmələr əvəzinə məhdud sayda üsyançılara təlim keçəcək.

XS
SM
MD
LG