Accessibility links

Suriyada atəşkəs yenidən pozulub


ABŞ rəsmiləri Suriya hökumətini mühasirədə olan Hələb şəhərinə yardım çatdırmağa çalışan yük karvanına hava hücumu həyata keçirməkdə ittiham edib.

BMT və Suriyanın Qırmızı Xaç təşkilatları bildirib ki, on minlərlə insana Türkiyədən yardım daşıyan karvan Hələbin qərbində, üsyançıların nəzarətində olan Urm Əl-Kubra şəhəri yaxınlığındakı ərazidə hücuma məruz qalıb.

Britaniyada qərərgahlanan Suriyada İnsan Haqlarını Müşahidə Qrupu bildirib ki, hücum zamanı 12 yardım işçisi və sürücülər həlak olub.

Bu hücumla ABŞ və Rusiyanın vasitəçiliyi ilə Hələb və mühasirədə olan digər şəhərlərə humanitar yardımın çatdırılmasına yol açmaq məqsədilə əldə edilmiş və bir həftə davam edən atəşkəsə son qoyulub.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın şənbə günü Deyr Əl-Zor hava limanı yaxınlığındakı hücumundan sonra razılığın sürətlə pozulması müşahidə edilir. Moskva və Dəməşq hücum zamanı onlarla suriyalı əsgərin öldüyünü iddia edir.

Müşahidə qrupu bildirib ki, bunun ardınca Suriya və ya Rusiya hərbi təyyarələri tərəfindən Hələbdə müxalifətin nəzarətindəki ərazilərə hücumlar həyata keçirilib.

XS
SM
MD
LG