Accessibility links

Rusiya hərbi təyyarələrini Suriyadan çıxarmaqda davam edir


BMT-nin Suriyada döyüşən tərəflərlə qeyri-birbaşa sülh danışıqları apardığı bir vaxt Rusiya öz hərbi təyyarələrini Suriyadan çıxarmaqda davam etdiyini bildirir.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə Suriyadan hərbi qüvvələrin çıxarılması və sülhün bərpası üçün yeni imkanlar barədə müzakirələr aparmaq məqsədilə gələn həftə Moskvaya səfər etməyi planlaşdırır.

Bu anı qaçırmaq olmaz. Bu, müharibəyə və qan tökülməsinə nəhayət son qoymaq üçün bizə verilən fürsətdir.
Con Kerri, ABŞ Dövlət Katibi

Cənab Kerri həm cənab Putin, həm də xarici işlər naziri Sergey Lavrovla artıq beş ildir davam edən münaqişənin siyasi yolla həllini müzakirə edəcəyini deyib.

"Bu anı qaçırmaq olmaz. Bu, müharibəyə və qan tökülməsinə nəhayət son qoymaq üçün bizə verilən fürsətdir" deyə cənab Kerri bildirib.

Suriyada son üç həftədə hərbi əməlliyyatlar azalandan bəri döyüşlər də səngiyib.

Eyni zamanda ABŞ-ın baş diplomatı Prezident Bəşar əl-Əsəd hakimiyyətdə qaldıqca dayanıqlı sülhün mümkün olmayacağını bildirib.

Suriya əsgərləri Hemeymim hava bazasında rusları yola salır. Suriya, 15 mart, 2016.
Suriya əsgərləri Hemeymim hava bazasında rusları yola salır. Suriya, 15 mart, 2016.

Vətənə dönən ilk rus əsgərlərini izdihamlar hərarətlə qarşılayıblar. Putin bazar ertəsi qəfildən rus qoşunlarının missiyanı bitirdiyini elan edərək qüvvələrin Suriyadan çıxarılmasına əmr verib.

Cenevrədə keçirilən danışılqarda Suriya müxalifəti Rusiya qüvvələrinin ölkədən çıxarılmasına ehtiyatlı lakin müsbət reaksiya veriblər. Onlar ümid etdiklərini bildiriblər ki, bu addım münaqişənin bitməsinə və "Əsəd diktaturasıının və onun cinayətlərinin sonuna" yol açacaq.

Rusiya Suriya hava bazalarında 1,000-ə yaxın əsgər saxlamağı planlaşdırır. ABŞ təxmin edir ki, hazırda Moskva Suriyada 3,000-6,000 əsgərdən ibarət kontingent saxlayır.

XS
SM
MD
LG