Accessibility links

Rusiya lideri Suriya ilə bağlı Kremlin mövqeyinin dəyişməyəcəyini deyir


Rusiya prezidenti Vladimir Putin deyir ki, Moskva Suriya hökuməti ilə bağlı mövqeyini dəyişməyə hazır deyil. Onun sözlərinə görə Qərb qüdrətləri Əl-Qaida kimi militant qruplardan istifadə edərək prezident Bəşar əl-Əsədi hakimiyyətdən devirməyə çalışırlar.

"Rusiya Bu Gün" tele-proqramında çıxış edən cənab Putin Rusiyanın mövqeyinin yenidən nəzərdən keçirilməsi təklifini sual altına alıb. “Bəlkə bizim tərəfdaşlarımız öz mövqelərinə yenidən nəzər salsınlar,” deyə o, bildirib.

Rusiya indiyədək Qərb dövlərlətinin BMT Təhlükəsizlik Şurasında 20 000 adamın ölümünə bais olan Suriya böhranı ilə bağlı təqdim etdikləri üç qətnaməyə veto qoyub.

Heç bir ölkənin adını çəkmədən Vladimir Putin deyib ki, Qərb ölkələrinin cənab Əsədi militantların əli ilə devirmək istəkləri “çox təhlükəlidir və uzaqgörən deyil.”
XS
SM
MD
LG