Accessibility links

Rusiya hərbi təyyarələrinin ilk qrupu Suriyanı tərk edib


Rusiya Müfadiə Nazirliyi bu gün təyyarələrinin ilk qrupunun Suriyanı tərk etdiyini bildirib. Bu addım prezident Vladimir Putinin beş ay yarımdan sonra əsas qüvvələri Suriyadan çəkəcəyini bəyan etməsindən bir gün sonra atılıb.

Putin bazar ertəsi Suriyadakı hərbi kontingentinin böyük hissəsinin üzərinə düşən vəzifəni yerinə yetirdiyinə görə bölgəni tərk edəcəyini deyib.

Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov
Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov

"Mənim fikrimcə, Müdafiə Nazirliyi və hərbi komandanlıq qarşısına qoyulan vəzifə yerinə yetirilib və mən sabahdan etibarən hərbi qüvvələrimizin böyük hissəsinin Suriya Ərəb Respublikasından çıxarılması haqda göstəriş verdim. Mən eləcə də, Xarici İşlər Nazirliyindən Suriya problemini həll etmək üçün sülh prosesinddə Rusiya Federasiyasının iştirakını gücləndirməsini xahiş etdim" deyə Putin bildirib.

Rusiyanın hərbi təyyarələri artıq Suriyanın qərbində Lakatiya vilayətindəki Hmeymim hərbi bazasını tərk etməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG