Accessibility links

Qərb Rusiyanın Suriyadakı fəaliyyətindən narahatdır


Rusiyanın hərbi nümayəndələrinin Suriyaya səfəri Qərbdə narahatlıqlara səbəb olub. Qərb Rusiya qüvvələrinin prezident Bəşər Əl-Əsəd hökumətini daha dərin dəstək verdiyini deyir.

Rusiya bu iddiaları rədd edir və səfərin sadəcə Suriyaya göndərilən hərbi sistemin necə idarə olunması ilə bağlı təlim olduğunu bildirib.

Rusiya rəsmiləri bildirib ki, Suriyaya göndərilən hərbi avadanlıq Suriya və qonşu İraqdan gələ biləcək terrorizm təhlükəsinə qarşı nəzərdə tutulub.

ABŞ dövlət Katibi Con Kerri rusiyalı həmkarına xəbərdarlıq göndərərək bildirib ki, Rusiya qüvvələrinin Suriyaya yerləşdirilməsi zorakılıqların daha da artmasına səbəb ola bilər.

Hər iki diplomat Suriya münaqişəsinin müzakirəsini bu ayın sonunda Nyu- Yorkda davam etdirəcək.

Kreml hərbi müşavirlərin Suriya qüvvələrinə göndərilən təchizatla tanışlıq məqsədi ilə o ölkəyə səfər etdiyini təsdiq etsə də, Rusiyanın hərbi əməliyyatlarda iştirakını inkar edib.

Moskvada keçirilən mətbuat konfransı zamanı prezident aparatının sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın Suriyanı təmin etdiyi hərbi təchizatın yoxlanışı beynəlxalq qanunlar çərçivəsində həyata keçirilir.

O, Suriya ordusunun İslam Dövlətinin irəliləyişi müqavimət göstərmək gücünə malik olduğunu bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Suriyaya hərbi yardımının çoxdan davam etdiyini və Rusiyanın hərbi ekpertlərinin Suriya qüvvələrinə anti-terror təchizatından necə istifadə edilməsini öyrətdiklərini bildirib.

Reuters xəbər agentliyi Livanın 3 mənbəyinə istinadən bildirib ki, Rusiya qüvvələri Suriyanın hökumət qüvvlərinə yardım məqsədi ilə hərbi əməliyyatlarda iştirak edir.

ABŞ-ın müdafiə rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, Rusiyanın Suriyanı daha artıq silahla təmin etməsi problemlərin həllinə yardım etmir.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi dövlət katibi Con Kerrinin məsələni Rusiyanın xarici işlər naziri ilə telefon söhbəti zamanı Amerikanın narahatlığını bildirdiyini deyib.

Ağ Evin sözçüsü Erik Şultz da eyni narahatlıqları dilə gətirib.

Naratahatlıqlar NATO-nun baş katibi Cens Stoltenberq tərəfindən də səslənib.

"Bütün bunlar münaqişənin həllinə yardım etməyəcək. Suriyada münaqişə siyasi yolla həll edilməlidir"-deyə baş katibi bildirib.

XS
SM
MD
LG