Accessibility links

Rusiya Suriyaya raketdən müdafiə sistemi göndərir



Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Suriya hökumətinə qarşı xarici müdaxilənin qarşısını almaq üçün Dəməşqi raketdən müdafiə sistemi ilə təmin etməyi planlaşdırdığını edyib.

Ryabkovun sözlrəinə görə, Suriyada prezident Bəşar Əl-Əsəd hökumətinin S-300 raket əleyhinə komplekslə təmin edimləsi ölkə üçün sabitləşdirici faktor rolunu oynayacaq. Rusia rəsmisi müxbirlərə deyib ki, rəsmi Moskva raket sistemi satışının Suriyada münaqişəyə müdaxilə etmək üçün ölkəyə xarici qüvvə göndərilməsi variantının qarşısının alınacağına inanır.

Ryabkov hava müdafiə sisteminin nə zaman göndəriləcəyi barədə bir söz deməyib. Dəməşqlə müqavilə bir neçə il bundan əvvəl bağıanıb.

İsrail və Birləşmiş Ştatlar Rusiyanı hava müdafiə sisteminin İsrailin təhlükəsiziyinə hədə yaradacağı və Suriyada hər hansı bir hərbi addımn vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyindən ehtiyat edərək satışı həyata keçirməməyə çağırıb.
XS
SM
MD
LG