Accessibility links

Rusiya: Suriya danışıqlarında terror qrupları siyahısına dair razılıq əldə edilməlidir


Xarici İşlər naziri Sergey Lavrov və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Moskvada birgə mətbuat konfransı zamanı, 4 noyabr 2015-ci il
Xarici İşlər naziri Sergey Lavrov və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Moskvada birgə mətbuat konfransı zamanı, 4 noyabr 2015-ci il

Moskva Suriya ilə danışıqların növbəti raundu zamanı ölkədə fəaliyyət göstərən terrorçu qrupların siyahısına dair razılığın əldə edilməsini istəyir.

Soçidə danışan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyada "bu və ya başqa silahlı qrupun orientasiyasına dair şübhələri dağıtmaq" üçün belə bir siyahının zəruri olduğunu bildirib.

Rusiyanın TASS dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Lavrov deyib ki, məsələyə tam aydınlıq gətirilməyənə qədər irəli addımlamaq mümkün olmayacaq.

Sergey Lavrov deyib ki, siyasi proses başlayan zaman atəşkəs elan edildikdə bu razılıq legitim hədəf kimim nəzərdə tutulan terrorçu təşkilatlara şamil olmayacaq.

Suriyaya dair danışıqların ikinci turu şənbə günü Vyanada keçirilməlidir. Danışıqların birinci raundu 17 ölkənin diplomatları, BMT və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Vyanada oktyabrın 30-da keçirilib.

Birləşmiş Ştatlar və digər Qərb ölkələri Suriya və İraqda İslam Dövləti qrupunun hədəf alındığını hərbi hava hücumları həyata keçirir. Moskva Suriyada Rusiyanın həyata keçirdiyi hava hücumlarının İŞİD-i hədəf aldığını bildirməsinə baxmayaraq, Vaşinqton Rusiyanın keçən aydan başladığı hücumların 85-90 faizinin prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan mötədil müxalifət qüvvələrinə zərbələr endirdiyini bildirir.

XS
SM
MD
LG