Accessibility links

NATO: Rusiyanın Türkiyənin hava hövzəsini pozması təsadüfi deyil


Bunu Belçikada açıqlama verən NATO-nun Baş katibi Cens Stoltenberq bildirib

NATO-nun baş katibi Cens Stoltenberq bildirir ki, Rusiyanın Türkiyənin hava hövzəsini pozması təsadüfi deyil.

Çərşənbə axşamı Belçikada açıqlama verən Stoltenberq Rusiyanın faəliyyətinin narahatlığa səbəb olduğunu bildirib.

Stoltenberq deyib ki, Rusiya Suriyada hərbi əməliyyatların koalisiya qüvvələrinin fəaliyyətinə zidd olmadığından əmin olmalıdır.

O, Rusiyanı İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etməyə və Suriyadakı böhrana danışıqlar yolu ilə siyasi həll tapmağa çağırıb.

Stoltenberq Türkiyə hava hövzəsinin NATO-nun da hava hövzəsinin olduğunu vurğulayıb və NATO-nun bunun bir daha təkrarlanmamasına dair açıq xəbərdarlıq etdiyini bildirib.

XS
SM
MD
LG