Accessibility links

Rusiya Suriyanı BMT müfəttişləri ilə əməkdaşlığa çağırıb


Rusiya Suriyanı BMT müfəttişləri ilə əməkdaşlığa çağıraraq, onların hökumətin kimyəvi silahlardan istifadəsinə dair iddiaları araşdırmasına yardım etməsini istəyib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri müxalifətin iddiasının araşdırılması barədə razılıq əldə edib.

Rusiya bildirib ki, rəqib döyüşçülər BMT-nin missiyasının təhlükəsizliyini təminat altına almalıdır.

BMT-nin baş katibi Ban Gi Mun kimyəvi silahlardan istifadə edilməsinin bəşəriyyətə qarşı cinayətkarlıq aktı kimi qəbul ediləcəyini və bunun nəticələrinin ağır olacağını deyib.
Suriya isə bu ittihamları rədd edir.
XS
SM
MD
LG