Accessibility links

Rusiya Suriya konfransının keçirilməsi üçün diplomatik səyləri gücləndirir


Suriya Xarici İşlər nazirinin müavini Feysəl Mehdadın başçılığı ilə nümayəndə heyəti

Suriya Xarici İşlər nazirinin müavini Feysəl Mehdadın başçılığı ilə nümayəndə heyəti

Rusiya Suriya sülh konfransının keçirilməsi üçün yenidən təşəbbüs göstərərək, Moskvada Suriya diplomatlarından ibarət nümayəndə heyətinin üzvləri ilə bağlı qapılar arxasında görüşə ev sahibliyi edib. Rəsmi Moskva Tehranın Suriya sülh konfransında rol oynamalı olduğunu bildirib.

Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Boqdanov iranlı həmkarı Hüsyen Əmir Abdullahianla danışıqlardan öncə Moskvanın İranı Yaxın Şərq məsələlərində mühüm tərəfdaş hesab etdiyini deyib.

Prezident Bəşar Əl-Əsədin nümayəndələrinin Moskvada görüşü BMT-nin Baş katibi Ban Ki Munun Vilnüsdə Cenevrə konfransı adlandırılan tədbirin dekabrın ortalarında keçirilməsinə ümidlərini ifadə etdiyi vaxt baş tutub.

Suriya müxalifətinin bildirdiyinə görə, Rusiya hökuməti Suriya Milli Koalisiyasının prezidenti Əhməd Carbanı da Moskvaya dəvət edib.
XS
SM
MD
LG