Accessibility links

ABŞ və Qərb Rusiyanın Yaxın Şərqdə addımlarını narahatlıqla izləyir [Təhlil]


Moskva Suriyada hərbi mövcudluğunu təsdiq edib

Qərbin Rusiyanın prezident Bəşar Əl-Əsəd hökumətinə hərbi dəstəyini artırması ilə bağlı narahatlıqılar fonunda rəsmi Moskva Rusiyada hərbi mövcudluğunu təsdiq edib.

ABŞ-ın Rusiyanın Suriyadakı fəaliyyəti ilə bağlı şübhələri təkcə Suriya sərhədləri ilə məhdudlaşmır. Vaşinqton rəsmiləri bu addımların Moskvanın nüfuzunu artırmaq strategiyasının bir hissəsi olması, eyni zamanda isə Yaxın Şərqdə Birləşmiş Ştatlara qarşı bir qüvvə olaraq fəaliyyət göstərməsindən narahatdırlar.

Rusiyanın Suriyadakı hərbi mövcudluğu Əsəd rejimini dəstəkləmək üçün istifadə oluna bilər

ABŞ rəsmiləri Rusiyanın Bəşər Əl-Əsədə yardım məqsədi ilə Suriyaya təchizat, hərbi müşavirlər və quru qoşunlar göndərdiyinə dair məlumatları araşdırırlar.

Məlumatlarda hərbi təchizatların çoxunun Rusiyanın hərbi donanması vasitəsilə nəql edildiyi bildirilir. Bəzi hallarda isə gəmilərlə böyük maşınların da göndərildiyi bildirilir.

ABŞ-ın müdafiə nazirliyinin yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə bildirib ki, Rusiya hərbi avadanlığı Suriyaya həm də hava vasitəsilə göndərib. O, bu cür fəaliyyələri “əbəs” adlandırıb.

Müdafiə nazirliyinin rəsmisi həmçinin xəbərdarlıq edib ki, Rusiyanın həm Suriya, həm də regiondakı niyyətləri qeyr-müəyyən olaraq qalır.

“Narahat olmağa çox şey var. Rusiyanın oradakı fəaliyyəti sabitliyi artırmalıdır, pozmamalıdır.”

Suriya prezidenti Bəşər əl-Əsəd

Suriya prezidenti Bəşər əl-Əsəd

Moskva və Dəməşq Rusiyanın Suriyadakı hərbi mövcudluğunun artması ilə bağlı iddiaları inkar edib. Suriyanın informasiya naziri Omran Əl-Zubi Livanın yaraqlı qrupu Hizbullaha məxsus televiziya şəbəkəsinə bu cür məlumatların “Qərbin kəşfiyyat dairələrində” uyudurulduğunu bildirib.

Ancaq çərşənbə günü keçirilən brifinq zamanı Ağ Evin sözçüsü Coş Ernest ABŞ-ın narahatlıqlarının “təsbit etdiyi fəaliyyətlərə əsaslandığını” deyib.

“Rusiyanın Suriyadakı hərbi mövcudluğu Əsəd rejimini dəstəkləmək üçün istifadə oluna bilər,” deyə Ernest bildirib. “Biz isə aydın bir şəkildə bildirimişik ki, Rusiya da daxil olmaqla hər hansı bir tərəfin Əsəd rejiminə dəstək verməsi qeyri-münasib olardı.”

Keçmiş rəsmilər və təhlilçilər də Suriyada inkişaflarların narahatlıq doğurduğunu bildirir.

“Bu o deməkdir ki, Moskva, yəni cənab Putin nüfuzunu təkcə Ukraynaya təcavüz etməklə və ya hərbi təchizat satmaqla deyil, Yaxın Şərqdə Rusiyanın hərbi qulluqçularını yerləşdirməklə artırmağa çalışır,” deyə ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst bildirib.

Moskva dünyada baş verən hadisələrə udub-uduzmaq perspektivindən baxır. Yəni Rusiya Yaxın Şərqdəki nüfuzunu Amerikanın maraqları və nüfuzu hesabına əldə etmək istəyir,

Hazırda Atlantik Şuranın Avraziya Mərkəzinin direktoru vəzifəsində çalışan Herbst Rusiyanın Suriyadakı fəaliyyətləri ilə bağlı xəbərdarlıq edir. Onu sözlərinə görə Rusiya Yaxın Şərqdə silah satışlarını artıraraq, ABŞ-ın Misir, Səudiyyə Ərəbistanı və hətta İraq kimi müttəfiqləri ilə sövdələşmələr yaratmaq istəyir.

“Moskva dünyada baş verən hadisələrə udub-uduzmaq perspektivindən baxır. Yəni Rusiya Yaxın Şərqdəki nüfuzunu əsasən Amerikanın, az dərəcədə olsa da, bütövlükdə Qərbin maraqları və nüfuzu hesabına əldə etmək istəyir,” deyə o bildirib.

ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın niyyətini hər hansı bir səbəblə əlaqələndirməsələr də, Amerikanın Səsinə anonim danışan rəsmi Rusiyanın Suriyaya hərbi təchizat göndərməsinin bir sıra narahatlıqlara səbəb olduğunu deyib, çünki, onun sözlərinə görə, Rusiya bunu ərazidə fəaliyyət göstərən digər ölkələrlə əməkdaşlıq etmədən həyata keçirir.

“Rusiyanın nə etmək istədiyi aydın deyil. Ancaq adətən, Rusiya hərbi qarşıdurmalarda təmkinlə hərəkət etmir,” deyə o bildirib.

Narahat olan isə təkcə ABŞ rəsmiləri deyil.

Suriya xarici işlər naziri Valid əl-Müəllim Moskvada Kreml sarayında Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşür. 29 iyun 2015

Suriya xarici işlər naziri Valid əl-Müəllim Moskvada Kreml sarayında Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşür. 29 iyun 2015

NATO rəsmisi Amerikanın Səsinə bildirib ki, təşkilat “regiondakı vəziyyəti yaxından izləməyə davam edir.” O həmçinin qeyd edib ki, alyans müdafiə imkanlarını genişləndirmək və sabitliyi qorumaq üçün Yaxın Şərq və Şimali Afrika müttəfiqləri ilə birgə işləyir.

“Mən Rusiyanın Suriyaya hərbi qulluqçu və təyyarələr göndərməsindən narahatam,” deyə NATO-nun baş katibi Cens Stoltenberq bildirib. “Biz bu ölkələri sabitləşdirməyə çalışırıq ki, onlar öz ölkələri və regionlarını müdafiə edə bilsin.”

Bunlara baxmayaraq, Rusiya özü də yaratmaq istədiyi qüdrətli nüfuzun risk qarşısında ola bilməsindən ehtiyat etməlidir.

“Ruslar öz əsgələrinin regiondakı ekstremistlərin əllərinə keçməsindən və daha sonra onları qurtara bilmədikləri üçün xəcalət çəkmələrindən narahatdırlar” deyə Stratfor mərkəzinin hərbi təhlilçisini Ömər Lamrani bildirib.

Lamraninin sözlərinə görə, Moskvanın məsafəni qoruması üçün ən əlverişli yol Suriya müxalifətini dəstəkləyən ölkələrə silah satmasıdır.

“Bir tərəfdən, Rusiya Suriyadakı müttəfiqini dəstəkləmək istəyir, digər tərəfdən isə Moskvanın Körfəz Əməkdaşlıq Şurası və digər Ərəb ölkələri ilə artan münasibətləri var. Ona görə də onlar balansı qorumağa çalışacaqlar."

XS
SM
MD
LG