Accessibility links

Moskva Suriyada “hərbi ekspertlər”in mövcuduğunu təsdiq edib


Mariya Zaxarova

Mariya Zaxarova

Rusiya Qərbdə Moskvanın prezident Bəşar Əl-Əsəd hökumətinə daha güclü dəstək vermək üçün ölkədə hərbi mövcudluğunu artırması bağlı narahatlıqların artdığı zaman Suriyada hərbi ekspertlərinin mövcuduğunu təsdiq edib.

Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün açıqladığı bəyanatda bildirib ki, Rusiyanın hərbi ekspertləri Suriya hərbçilərinə Rusiya silahları və avandanlığından istifadə etməyə kömək məqsədilə Suriyadadır.

Onun sözlərinə görə, Rusiya Suriya ilə hərbi-texniki əməkdaşlığını heç vaxt gizlətməyib və silah və hərbi avqadanlıqla yardım mövcud ikitərəfli müqavilələr əsasında edilir.

Zaxarova bildirib ki, Rusiyanın Suriya ordusuna hərbi avadanlığın çatdırılması Suriyada və qonşu İraqda görünməmiş həddə çatmış terror təhlükəsinin qarşısının alınması məqsədi daşıyır.

Röyters xəbər agentliyi Livanın üç mənbəyinə əsasən Rusiya qüvvələrinin Suriyada hhökumət qüvvələrinə dəstək məqsədilə hərbi əməliyyatlarda iştirak etməyə başladığı haqda məlumat verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbi bildirib ki, Dövlət katibi Con Kerri Rusiya Xarici İşlər naziri Sergey Lavrovla söhbətində Rusiyanın Suriyada hərbi mövcudluğu ilə bağlı verilən məlumatlarla bağlı narahatlığını bildirib.

XS
SM
MD
LG