Accessibility links

Eşton Karter : Rusiyanın Əsəd rejiminə dəstəyi alova yağ tökülməsinə bərabərdir


Qərbdə Rusiyanın Suriyada İŞİD-i hədəf aldığı suallar doğurur

ABŞ Dövlət Departamentinin sözçüsü Amerikanın Suriyadakı koalisiya qüvvələrinə rəhbərlik etməkdə davam edəcəyini bildirib. Con Kirbi deyib ki, Rusiya rəsmiləri ABŞ-ın Bağdadakı səfərlik işçilərinə hücumlarla bağlı nota göndərib.

ABŞ-ın müdafiə naziri Eşton Karter Pentaqonun işçilərinə Rusiya ilə əlaqə yaradıb, koalisya qüvvələri ilə təsadüfi qəzalara yol verilməməsi məsələsinin müzakirə edilməsinə göstəriş verib.

Eşton Karter deyib ki, Rusiyanın Əsəd rejiminə dəstək verməsi alova yağ tökülməsinə bərabərdir.

Qərbdə Rusiyanın həqiqətən də İŞİD-i hədəf aldığı suallar doğurur.

CNN ABŞ rəsmisinə istinadən Rusiyanın Homs yaxınlığındakı hücumlarının İslam Dövlətini hədəf almadığını göstərdiyini bildirib.

Fransanın xarici işlər naziri Nyu-Yorkda müxbirlərlə görüşü zamanı eyni mövqedən çıxış edib. Loren Fabye Rusiyanın hədəf aldığı mövqelərin müəyyən edilməsinə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG