Accessibility links

NATO rəhbərliyi Rusiyanın Suriya üsyançılarına qarşı intensivləşən hava hücumları kampaniyasını tənqid edib.

Cens Stoltenberq bu gün NATO müdafiə nazirlərinin Brüsseldə görüşü zamanı bəyanatla çıxış edib. Brüssel görüşündə Rusiyanın Suriya vətəndaş müharibəsinə müdaxiləsinin gündəmdə olacağı gözlənilir.

Sosial media veb səhifəsinə yüklənmiş videolarda Rusiya hava hücumları və Suriya quru qoşunlarının üsyançıların qərargahlaşdığı Suriyanın Həma və İdlib şəhərlərini hədəf aldığı göstərilir.

Rusiya təyyarələri Suriyaya edilən reydlərdən birində Türkiyənin ərazi bütövlüyünü pozmaqda da təqsirləndirilib.

Danışıqlarda iştirak edən ABŞ müdafiə naziri Eşton Karter Rusiya hərbi kampaniyasını kəskin tənqid edib.

Rusiya həyata keçirdiyi hava hücumlarının əsasən İŞİD qruplaşması və onun müttəfiqlərini hədəf aldığını iddia edir. Lakin ABŞ hücumların əsasən Vaşinqtonun dəstəklədiyi bəzi qruplar da daxil olmaqla, üsyançı qrupları hədəf aldığını bildirib.

Rusiya Suriya prezidenti Bəşar əl-Əsədin sadiq müttəfiqidir. ABŞ prezidenti Barak Obama Əsədin hakimiyyətdən devrilməsinə çağırıb. Lakin ABŞ Əsədi devirmək istəyən üsyançı qrupları kifayət qədər silahla təmin etməkdə könülsüzdü. Buna səbəb silahların sonda İŞİD qüvvələrinin əlinə keçəcəyi ehtimalıdır.

XS
SM
MD
LG