Accessibility links

Rusiyanın hava hücumlarının 85-90 faizi Suriya üsyançılarını hədəf alır


Dövlət katibinin yardımçıları Enn Peterson və Viktoriya Nuland
Dövlət katibinin yardımçıları Enn Peterson və Viktoriya Nuland

ABŞ-ın yüksək səviyyəli diplomatları bildirir ki, Rusiyanın hava hücumlarının 85-90 faizi İslam Dövləti qrupunun yaraqlıları deyil, mötədil Suriya üsyançılarını hədəf alır.

Dövlət katibinin yardımçıları Enn Peterson və Viktoriya Nuland bu açıqlamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı verib.

Bundan əlavə, Pentaqonun sözçüsü, polkovnik Stiv Uorren də müxbirlərə deyib ki, Rusiyanın Suriyada hava hücumlarının 10 faizindən az hissəsi İslam Dövləti qrupunun yaraqlılarını hədəf alır.

Rusiya diplomatları və hərbi rəsmilər hava hücumlarının İslam Dövləti qrupunun yaraqlılarını hədəf aldığını sübut etməyə çalışır. Lakin bu iddia Rusiyanın İslam Dövləti qrupunun yaraqlıları ilə heç bir əlaqəsi və bağlılığı olmayan Suriya müxalifət döyüşlərini hədəf aldığını bəyan edən ABŞ və başqaları tərəfindən şübhə ilə qarşılanır.

Konqres dinləmələri zamanı Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys deyib ki, Rusiya Suriyanın gələcəyi ilə bağlı həlledici rol oynamağa başlayır və bu, faydalı yolla edilmir.

Dövlt katbinin yardımçısı Viktoriya Nuland bildirib ki, Rusiyanın Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminə dəstək vermək üçün ölkəyə müdaxiləysi ona baha oturur. O qeyd edib ki, Suriyada hərbi əməliyyatları həyata keçirməsi Rusiya gündə 2 milyondan 4 milyon dollara başa gəlir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG