Accessibility links

Rusiya Suriya ilə bağlı yeni təkliflər verir


Rusiya Suriyada müharibənin sona çatdırılmasına dair hazırladığı planda 2017-ci il president seçkilərindən sonra yeni konstitusiyanın hazırlanmasına çağırılır. Suriya müxalifət qrupları Rusiyanın təkliflərinin prezident Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamağı nəzərdə tutduğunu və bunun qəbuledilməz olduğunu bildirib.

Qərb diplomatları bildirib ki, belə görünür Moskva Suriyaya dair şənbə günü keçirilən danışıqların növbəti raundunda təkliflərə dəstək qazanmağa çalışacaq. Lakin onların bildirdiyinə görə, təkliflər Vyanada görüşə qatılacaq nümayəndə heyətlərinin geniş dəstəyini ala bilməyəcək.

Qərb mediası tərəfindən əldə etdiyi sənəddə Moskvanın yeni slüh planı deyil, Suriyada böhranın həllinə yeni yanaşma təklif etdiyi deyilir. Səkkiz maddədən ibarət olan sənəddə Dəməşqdə gələcək siyasi keçid prosesində Əsədin hakimiyyətdən getməsinə dair bir söz deyilmir. Bu isə Suriyada müharibəyə cəlb olunmuş bütün tərəflər, Birləşmiş Ştatlar və onun müttəfiqləri, eləcə də bir sıra Ərəb ölkələrinin əsas tələbidir.

Qərbin dəstəklədiyi Suriya Milli Koalisiyası Rusiyanın təklifərini tənqid edərək, “Suriya xalqının Əsəd diktaturasını heç vaxt qəbul etməyəcəyini” bildirib.

Əsəd rejiminin güclü müttəfiqi olan Rusiya Suriyada üsyançıların nəzarət etdiyi ərazilərdə hava hücumları keçirməyə başlayıb və Suriya münaqişəsinin həlli səylərini intensivləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG