Accessibility links

Rusiya: Hələbdə hücumları dayandırmaq üçün danışıqlar aparılır


General leytenant Sergey Kuralenko Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasında
General leytenant Sergey Kuralenko Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasında

Rusiya bildirib ki, Birləşmiş Ştatların atəşkəsin döyüşlərin getdiyi Hələb şəhərində də qüvvəyə minməsini tələb etməsindən sonra Suriya qüvvələrinin üsyançıların istinadgahı olan Hələbi bombardman etməsini dayandırması üçün yeni danışıqlar aparılır.

Moskvanın Suriya ilə bağlı koordinasiya mərkəzinin başçısı, general leytenant Sergey Kuralenko Rusiya xəbər agentliklərinə "hazırda Hələb vilayətində sükut rejiminin tətbiq edilməsinə dair aktiv danışıqlar aparıldığını" deyib.

Rusiyanın Hmeymim hərbi hava bazasından danışan Kuralenko həmçinin bildirib ki, paytaxt Dəməşqdən şərqdə yerləşən Şərqi Qoutada döyüşlər bazar ertəsinə qədər daha 24 saat müddətinə dayandırılıb: "Biz Suriyada sülhün bərqərar olmasında maraqlı olan bütün tərəfləri Rusiya-Amerika təşəbbüsünü dəstəkləməyə və sükut rejiminin pozulmasına imkan verməməyə çağırırıq."

Hələbin üsyançıların nəzarəti altında olan rayonları hava hücumlarından sonra
Hələbin üsyançıların nəzarəti altında olan rayonları hava hücumlarından sonra

Hələb Suriyada prezident Bəşar Əl-Əsədə sadiq qüvvələr və onu hakimiyyətdən devirməyə çalışan üsyançılar arasında beş ildir davam edən döyüşlərin hazırda mərkəzinə çevrilib.

"Biz Suriyada sülhün bərqərar olmasında maraqlı olan bütün tərəfləri Rusiya-Amerika təşəbbüsünü dəstəkləməyə və sükut rejiminin pozulmasına imkan verməməyə çağırırıq."-Sergey Kuralenko

Britaniyada qərargahlaşan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, aprelin 22-dən hava hücumları, raket və artilleriya atəşləri nəticəsində təxminən 250 mülki vətəndaş həyatını itirib.

Dövlət katibi Kerri Cenevrəyə yollanır

Rusiya bu açıqlamaları ABŞ Dövlət katibi Con Kerrinin Suriyada vəziyyəti müzakirə etmək üçün Cenevrəyə yola düşdüyü vaxt verib.

ABŞ Dövlət Departamenti şənbə günü verdiyi açıqlamada Kerrinin Suriyada atəşkəsin davam etdirilməsi ilə bağlı səyləri müzakirə edəcəyini bildirib. Kerri səfərə hazırlıqlar çərçivəsində BMT-nin xüsusi nümayəndəsi, eləcə də Suriya danışıqlarının koordinatoruna telefon zəngi edib.

ABŞ Dövlət katibi Con Kerri, Rusiyanın Xarici İşlər naziri Sergey lavrov və BMT-in Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Suriya danışıqları zamanı
ABŞ Dövlət katibi Con Kerri, Rusiyanın Xarici İşlər naziri Sergey lavrov və BMT-in Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Suriya danışıqları zamanı

Dövlət Departamentinin sözçüsü Con Kirbinin bildirdiyinə görə, Amerikanın baş diplomatı açıq şəkildə bildirib ki, Hələbdə zorakılıqlara son qoyulması və ölkə boyu davamlı atəşkəsə nail olunması əsas prioritetdir. Kerri eyni zamanda,

Əsəd qüvvələrinin münaqişəni qızışdırmağa davam etməsilə bağlı narahatlığını bildirib.

"Hava hücumları atəşkəsin birmənalı şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır"-Con Kirbi

"Dövlət katibi Hələbdə vəziyyətin pisləşməsilə bağlı dərin narahatlığını bildirib. Rejim günahsız insanları və özlərinin səhv olaraq dediyi kimi Nusra deyil, atəşkəsin tərəflərini hədəf alması ilə münaqişəni qızışdırırır. Belə hücumlar atəşkəsin birbaşa pozulmasıdır və dərhal dayandırılmalıdır"-deyə Con Kirbi bildirib.

Kirbi deyib ki, hava hücumları atəşkəsin birmənalı şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır.

Suriya hökumət qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin Hələbdə üsyançıların nəzarətində olan ərazilərdə şənbə günü keçirdiyi təxminən 30 hava hücumu nəticəsində azı beş nəfər ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG