Accessibility links

Rusiya kimyəvi hücumlarla bağlı iddiaları rədd edir


Suriyalı üsyançılar və insan haqları qrupu çərşənbə axşamı günü həyata keçirilən kimyəvi hücumun arxasında Rusiyanın olduğunu iddia edir. Həmin ərazidə bir gün əvvəl Rusiya vertolyotu üsyançılar tərəfindən vurularaq salınmışdı. Rusiya isə bu iddiaları rədd edir.

Suriyada olan humanitar təşkilatların işçiləri bildirib ki, çərşənbə axşamı günü bir vertolyot havadan Hələp şəhərinin yaxınlığına toksik qaz buraxıb.

Qadınlar və uşaqlar daxil olmaqla 30-a yaxın insan qazdan zəhərlənib. İşçilər bu hadisədən bir neçə saat əvvəl həmin ərazidə üsyançıların bir Rusiya vertolyotunu vurduğunu deyir. Kimyəvi qazın törətdiyi itkilər haqda hələlik məlumat yoxdur.

Saraqeb qəsəbəsinin tibb işçiləri jurnalistlərə bildirib ki, azı beş konteyner xlorin qazı gecə yarıdan sonra məhəllələrə atılıb.

Hadisə ilə bağlı Suriya hökuməti açıqlama verməyib.

Suriya dövlət televiziyası üsyançıların toksik qazlı raketlərin hökumətin nəzarətində olan ərazilərə atdığı ilə bağlı xəbər yayıb.

Rusiya vertolyotu kimyəvi hücumların baş verdiyi ərazinin 15 km yaxınlığına düşüb.

Suriya insan haqqları təşkilatı bildirir ki, son 80 gün ərzində Hələp yaxınlığındakı döyüşlərdə 6000-ə yaxın insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG