Accessibility links

Rusiya ərəb dövlətlərinin Suriya qətnaməsini dəstəkləmir

  • Amerikanın səsi

Rusiya ərəb dövlətlərinin Suriya qətnaməsini dəstəkləmir

Rusiya ərəb dövlətlərinin Suriya qətnaməsini dəstəkləmir

Rusiya deyib ki, ərəb dövlətləri və Qərbin Suriyaya dair BMT-yə təqdim etdikləri hazırkı qətnamə layihəsini dəstəkləyə bilməz, çünki Suriyaya dair qətnamə 10 ay davam edən siyasi gərginliyə son qoyulması barədə Moskvanın mövqeyini nəzərə almır.

Rusiyanın İTAR-TASS xəbər agentliyi xarici işlər nazirinin müavini Gennadi Qatilova istinadən bildirib ki, Rusiya qətnamədə hərbi müdaxilə barədə qanunun aydın şəkildə göstərilməməsindən narahatdir.

Bu gün BMT Təhlükəsizlik Şurasının Ərəb Liqasının planını əks etdirən qətnaməni müzakirə edəcəyi gözlənilir. Plan prezident Bəşər əl-Əsədin hakimiyyəti müavininə təhvil verərək, seçkilərə hazırlıq görmək üçün vahid hökumət yaratmağa çağırır.

XS
SM
MD
LG