Accessibility links

Suriya müxalifəti üsyançılara silah göndərilməsinə çağırıb


Suriyanın müxalifət koalisiyası ölkənin müxalifət qruplarına qoyulan silah embarqosu aradan qaldırıldıqdan sonra Avropa İttifaqını üsyançıları silahla təmin etməyə çağırıb.

Bugünkü bəyanatda Suriya Milli Şurası Avropa İttifaqını silahsız mülki vətəndaşlara qarşı hücumlara müqavimət göstərmək üçün üsyançıları xüsusi silahla təmin etməyə səsləyib.

Avropa İttifaqının qərarı bəzi Avropa ölkələrinə Suriya üsyançılarını silahla təmin etmək icazəsi verir. Amma müxalifəti silahla təmin etmənin əsas tərəftarları olan Fransa və İngiltərə bölgəyə silah göndərmək barədə planlarının olmadığını deyib.

Bəzi ölkələr ABŞ-la Rusiyanın iki il davam edən münaqişəyə dair irəliləyiş əldə ediləcəyini gözləyirdi.

Rusiyanın xarici işlər naziri BMT-nin İnsan Haqları Şurasında Vaşınqtonu sülh danışıqları səylərini dəyərləndirməməkdə və birtərəfli qətnaməni dəstəkləməkdə təqsirləndirib.

Sergey Lavrov deyib ki, mülki vətəndaşlara qarşı ağır artilleriyadan istifadə etmək də daxil olmaqla, Suriya hökumətini pisləyən qərarın layihəsi ikili standart təlqin edir. Bu isə məsələnin siyasi yolla həllini çətinləşdirəcək .

ABŞ, Fransa və İsrailin etirazlarına baxmayaraq, bu həftə Moskva Suriya hökumətinə S-300 hava müdafiə sistemi göndərməyi planlaşdırır.
XS
SM
MD
LG