Accessibility links

Rusiyanın taxıl istehsalı ilk dəfə ABŞ-ı geridə qoyub [Video]


Rusiyanın taxıl istehsalı ilk dəfə ABŞ-ı geridə qoyub
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Lakin çörəyin keyfiyyəti narahatlıq doğurur

Rusiyada iqtisadi tənızzülə baxmayaraq, kənd təsərrüfatı sahəsində inkişaflar Kanada və Amerikanı geridə qoyub. Belə ki, taxıl istehsalı Rusiyanı dünyanı çörəklə təmin edən ən böyük təchizatçı edib. Rusiya dənli bitkilərin istehsalında öndə getsə də, heyvan yemlərindən çörək istehsalında istifadəsi bir çoxlarını narahat edir.

Kənd təsərrüfatı ekspertlərinin dediyinə görə, müvafiq hava şəraiti və effektiv menecerlik Rusiyanın taxıl sənayesinin inkişafına yol açıb. Baxmayaraq ki, digər iqtisadi sahələrdə geriləmə müşahidə edilir.

Rusiyanın taxıl ittifaqının prezidenti Arkadi Zolojevki: “Sanksiya siyasətinin rublu dəyərdən salması xarici bazarlarda rəqabət gücünü artırıb. Bu, ötən mövsümdə taxıl istehsalının təməlini yaradıb. Bu faktor hələ də davam etməkdədir.”

Rusiyanın taxıl ixracı son on ildə ilk dəfə Amerikanı geridə qoyub.

Taxıl istehsalı artdıqca keyfiyyətin düşdüyü müşahidə edilir

“Aşağı keyfiyyətli taxıldan un əldə edilməsi Sovet dövründə də mövcud idi.”

Heyvan yemləri insanların sağlamlığına hədə olmasa da, onlardan hazırlanan çərək kifayət qədər zülallara malik olmur. Ucuz çörək zavodlarına problem olmasa da, bu, Rusiyanın digər çörəkxanalarının narahatlığı ilə qarşılanır.

Sahibkar Sergey Juravlyov: “Unun keyfiyyəti daim yoxlanılır. Keyfiyyətin getdikcə düşdüyünü müşahidə edirik. Hazırda daha keyfiyyətli və daha yaxşı qiymətə təchizatçı axtarırıq.”

Çörəyin keyfiyyətinin yaxşılaşdırılması qiymətlərə nəzarətə son qoyulub, ehtiyacı olanlara birbaşa yardım edilməsi ilə mümkün ola bilər.

Taxıl istehsalçılarını subsidiya ilə təmin etməklə bazarda rəqabəti artıqmaq və daha sağlam iqtisadiyyata malik olmaq mümkündür.

XS
SM
MD
LG