Accessibility links

Rusiya Gürcüstanın hava məkanına daxil olub. Güncüstanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, aprelin 10-da Rusiyanın hava qurğusu Abxaziyanın Gürcüstanın nəzarəti altında olan hissəsinə daxil olub, Xurça kəndi üzərindən uçaraq işğal olunmuş əraziyə keçib. Həmin vaxt kənddə Gürcüstanın ombudsmanı Uça Nanuaşvili olub. İ

İnsidentlə bağlı Avropa İttifaqının Gürcüstandakı missiyasına məlumat verilib.
Gürcüstan rəsmiləri hava məkanının pozulmasına münasibət bildiriləcəyini və məsələnin təhlükəsizliklə bağlı Cenevrə danışıqlarında gündəmə gətiriləcəyini deyib.

Gürcüstanın insan haqları və barışıq naziri insideni təhrikçilik adlandırıb. O deyib ki, Tbilisi məsələyə aqressiv şəkildə deyil, milli maraqlara uyğun şəkildə cavab verməlidir.

Rusiyanın hava qurğularının Gürcüstanın hava məkanına daxil olması ilk hal deyil. Son dəfə belə bir incident martın əvvəlində Mi-8 vertolyotunun Tsxinvali regionuna girməsi ilə qeydə alınıb.
XS
SM
MD
LG