Accessibility links

Rusiya terrorizmlə bağlı 2010-cu il üçün hesabatını açıqlayıb


Rusiya terrorizmlə bağlı 2010-cu il üçün hesabatını açıqlayıb
Rusiya terrorizmlə bağlı 2010-cu il üçün hesabatını açıqlayıb

Rusiya Milli Terrorizm Əleyhinə Komitə bildirir ki, keçən il terror aktları nəticəsində 410 adam həlak olub.

Komitənin sədr müavini general-mayor Yevgeni Potapovun sözlərinə görə, terror cinayətlərinin sayı keçən illə müqayisədə azalıb. 2009-cu ildə 1,030 olan göstərici 2010-cu ildə 779 olaraq qeydə alınıb. Potapovun sözlərinə görə, 2010-cu ildə terrorçu və intiharçı hücumları ordu, polis personalını, uşaqları və yaşlıları, o cümlədən hökumət rəsmiləri, ictimai fiqurları və din xadimlərini hədəf alıb. O deyir ki, profilaktik ölçülər 93 hücumun qarşısını alıb və onlarla yaraqlının ələ keçirilməsi ilə nəticələnib. Potapov 2010-cu ildə təhlükəsizlik qüvvələrinin 400-dən çox yaraqlı bazasını və silah anbarını dağıtdığını bildirib.

XS
SM
MD
LG