Accessibility links

Rusiya: Misirdə təyyarə qəzası terror aksiyasıdır


Rusiya təhlükəsizlik xidmətinin rəhbəri keçən ay Misirin Sinay regionunda təyyarənin qəzaya uğramasına səbəbinin terror aksiyası olduğunu deyib. O bildirib ki, partlayıcı qurğular təyyarənin içərisində və yük saxlanan hissəsində aşkar edilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Botnikov bu məlumatı prezident Vladimir Putinin başçılığı ilə keçirilən yığıncaqda müxbirlər qarşısında da təsdiq edib.

Federal Təhlükəsizlik Xidməti eləcə də, hücumda əli olanlar haqda məlumata görə 50 min dollar mükafat veriləcəyini bəyan edib.

Rusiya prezidenti Vladimir Putin hücuma görə məsuliyyət daşıyanların tağılacağına və cəzalandırılacağına söz verərək, ölkəsi ilə əməkdaşlıq edən dövlətləri bu məsələdə yardıma çağırıb.

XS
SM
MD
LG