Accessibility links

Rusiya təyyarəsinin vurulmasının Suriya münaqişəsinə təsirləri [Video]


Türkiyə-Suriya sərhədinin üzərindəki səmada baş verən hadisələr dünya liderlərinin oradakı münaqişəninin nəzarətdən çıxdığı ilə bağlı xəbərdarlıq edir. Münaqişənin bir zamanlar daha genişmiqyaslı münaqişəyə dönmə ehtimalı uzaq olsa da, bu ehtimal getdikcə yaxınlaşır.

Bizim bunun qəsdsiz olması ilə bağlı şübhələrimiz var. Bu, öncədən təşkil olunmuş provokasiyaya bənzəyir.

Suriya-Türkiyə sərhədində Rusiya hərbi təyyarəsinin vurulması Yaxın Şərqdə gərginliyi artırıdı.

“Bizim bunun qəsdsiz olması ilə bağlı şübhələrimiz var. Bu, öncədən təşkil olunmuş provokasiyaya bənzəyir.”

Rusiya təyyarəsinin vurduğunu üçün Türkiyəyə qarşı müharibə başlatmağa niyyətli olmadığını deyir. Amma Rusiyanın artıq Suriyada ciddi a və prezident Bəşər əl-Əsəd rejimini müdafiə edir.

Türkiyə lideri isə geri çəkilməkdən imtina edir.

“Biz bu insidentdən sonra gərginlyin artmasını istəmirik. Biz sadəcə öz təhlükəsizliyimizi qoruyuruq.”

İşləri çətinləşdirən ərazidə həm Əsəd rejiminə, həm də İslam Dövləti qrupna qarşı döyüşən bir çox üsyançını olmasıdır.

“Səhv qərar vermək riski var.”

ABŞ Rusiya ilə rus və amerika təyyarələrin bir-birinin yolundan uzaq durmasını təmin etmək məqsədilə memorandum imzalayaraq bu riskləri azaltmağa çalışıb.

Amma yenə də təhlilçilər və keçmiş kəşfiyyat rəsmiləri bəzi məsələlərin riski artıracağını deyir. Məsələn Rusiya prezidenti Vladimir Putinin Suriya böhranından necə yararlanacağı.

“Məncə Putin Rusiyanın Şərqi Avropa, Baltikyanı ölkələrə və hətta Qərbi Avropa üzərində belə dominantlığını bərpa etmək üçün mümkün olan hər şeyi edər.”

Bu Moskvaya dərs olmalıdır ki, Suriyaya müdaxilə etməyin onların təxmin edə biləcəyindən də çox bədəlləri var.

Amma Moskvaya daha bir zərbə suiyalı üsyançılardan gəlib. Onlar endirilmiş təyyarənin pilotunu xilas etmək üçün göndərilən Rusiya vertolyotunu vurduqlarını iddia edir.

“Bu Moskvaya dərs olmalıdır ki, Suriyaya müdaxilə etməyin onların təxmin edə biləcəyindən də çox bədəlləri var.”

Hələki əsas oyunçuların çoxu genişmiqyaslı münaqişənin başlama nöqtəsinin yaxın olduğunu anladıqları üçün dincliyə çağırırlar.

XS
SM
MD
LG