Accessibility links

Rusiyada Trampın qələbəsi rəğbətlə qarşılanıb


Rusiyada ABŞ seçkilərində Donald Trampın qələbəsi rəsmilər, təhlilçilər və adi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb. Rusiyada ABŞ-la münasibətlərdə yeni səhifənin açılacağına ümid bəsləyirlər. Təhlilçilər isə Donald Trampın kampaniya ritorikasının xarici siyasət kursuna təsirlərinin nə olacağı ilə bağlı suallar verir.

Rusiyada ABŞ prezident seçkilərinin nəticələrinə reaksiyalar verildi.

Karnegi Fondunun Moskvadakı Mərkəzinin direktoru Dmitri Trenin: “Bəzi adamlar buna inanmırdı. Bəziləri həmişə deyirdi ki, Tramp qələbə çalmağa yaxın olsa, Amerikanın elitası buna imkan verməyəcək. İndi bu, baş vermədi. Bu isə Kremldəkilər də daxil olmaqla insanlara demokratiyanın Amerikada işlədiyinə dair bir mesajdır.”

Rusiya prezidenti Vladimir Putin Donald Trampı təbrik edərək, Amerikanın növbəti prezidenti ilə münasibətlərin hazırkı böhranlı durumdan çıxarılması üçün birgə işləyəcəyinə ümid bəslədiyini deyib. Moskva küçələrində rusların çoxu Trampın qələbəsini alqışlayıb.

Anastasiya, tələbə:”Mənə elə gəlir ki, o, layiqli nümayəndədir, o, yaxşı prezident olacaq və Rusiya ilə münasibətlər yaxşılaşacaq.”

Lakin Rusiya mediasında seçki kampaniyasının işıqlandırılması və Trampın təriflənməsi adı böyük siyasətə məlum olmayan, qələbəsi gözlənilməyən və siyasi kursu da müəyyən olmayan şəxslə bağlı ümidlərin artmasına səbəb olub.

ABŞ və Kanada İnstitutunun nümayəndəsi Viktor Kremenyuk: “Onlar başqa bir Tramp yaradıb. “O yaxşıdır, Putini xoşlayır, Putinin də ondan xoşu gəlir” kimi. Heç bir şey müəyyən deyil. Liderlər haqda indidən bunları söyləmək çox tezdir. Amma bununla belə onlar hətta televiziyada deyir ki, Tramp bizim adamdır. Bu, tamamilə yanlışdır.”

Ümidlər və gözləntilərə baxmayraq, Donald Trampın hakimiyyətində ABŞ-Rusiya münasibətlərində yeni səhifə açılır.

Show comments

XS
SM
MD
LG