Accessibility links

Rusiya Transxəzər qaz kəməri layihəsinə etiraz edir


Rusiya Transxəzər qaz kəməri layihəsinə etiraz edir

Rusiya Transxəzər qaz kəməri layihəsinə etiraz edir

Açıqlamada qeyd olunur ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər.

Rusiya Avropa İttifaqı Şurasının Transxəzər qaz kəməri ilə bağlı qərarından təəccüblənib. APA Agentliyi bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlamasına istinadən məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu qərar regionda vəziyyəti mürəkkəbləşdirə bilər: “Bizə məlumdur ki, bu, Avropa İttifaqı üçün də ilk sınaqdır. Bizi təəccübləndirən odur ki, Avropa İttifaqı ölkələrindən heç birinin Xəzər dənizinin sahilinə çıxışı yoxdur”.
Açıqlamada qeyd olunur ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər: “Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır. Ümid edirik ki, Avropa İttifaqı Şurası Rusiyanın və digər Xəzəryanı ölkələrin mövqeyinə diqqətlə yanaşacaq bu formatla razılaşdırılmayan addımlardan çəkinəcək”.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Transxəzər qaz kəmərinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG