Accessibility links

Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüş keçirib


Türkiyə və Rusiyanın xarici işlər nazirləri Serbiyanın paytaxtı Belqradda görüş keçirib.

Türkiyənin adının açıqlanmasını istəməyən rəsmisi Sergey Lavrov və Mevlut Cavuşoğlunun ATƏT-in görüşü çərçivəsində müzakirə apardığını bildirib.

Bu, mübahisəli təyyarə vurulmasından sonra ölkələr arasında ilk yüksək səviyyəli görüşdür.

Rusiya-Türkiyə münasibətləri noyabr ayının 24-də Rusiyanın döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra pozulub.

Türkiyə hava məkanının pozulduğunu deyərək, Rusiyadan üzr istəmədən imtina edir.

Suriyada İŞİD əleyhinə hərbi kampaniyada iştirak edən Rusiya isə Türkiyəyə qarşı sanksiyalar təbiq edib.

XS
SM
MD
LG