Accessibility links

Rusiya, Türkiyə və İran Suriyada atəşkəsin monitorinqinə dair razılıq əldə edib


Astanada Suriyada sülhə dair danışıqlar

Rusiya, Türkiyə və İran Suriyada atəşkəsin monitorinqi mexanizmlərinin yaradılmasına dair razılıq əldə edib. Üç ölkə razılığa Astanada Suriyada sülhə dair iki gün sürən danışıqları yekunlaşdıran zaman gəlib.

Birgə açıqladıqları bəyanatda Rusiya, Türkiyə və İran Suriyada altı ildir sürən müharibənin hərbi yolla həll olmadığını bir daha təkrar edib. Üç ölkə həmçinin bəyan edib ki, BMT-nin qətnamələrində nəzərdə tutulmuş danışqların keçirilməsi sülhə nail olmağın yeganə yoludur.

Birgə bəyanatda üş ölkə həmçinin İŞİD və Nusra Cəbhəsi kimi militant qruplara qarşı çıxdığını bir daha vurğulayıb.

Suriyada sülhə dair danışıqların növbəti raundu BMT-nin xüsusi nümayəndəsi Steffan de Misturanın başçılığı ilə Cenevrədə keçiriləcək.

Qazaxıstan paytaxtında keçirilən danışıqlar zamanı Suriya hökuməti və müxalifət nümayəndələri birbaşa müzakirələr aparmayıb, vasitəçilər vasitəsilə əlaqə saxlayıb.

Suriya müxalifətinin nümayəndə heyətinin başçısı Məhəmməd Alluş Astanada danışıqlarda

Suriya müxalifətinin nümayəndə heyətinin başçısı Məhəmməd Alluş Astanada danışıqlarda

Danışıqların diqqət mərkəzində Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə dekabr ayında əldə edilmiş atəşkəsin ölkə boyu saxlanmasına nail olmaq yolları olub. Atəşkəsə ümumən əməl olunduğu bildirilir.

Suriyada döyüşlərin davam etdiyi zaman ölkədə altı ildir sürən vətəndaş müharibəsinə son qoyulması məqsədilə bir neçə dəfə danışıqlar keçirilib. Bu danışıqların bəzisi nəticəsində qısa müddətli atəşkəsə nail olunub və humanitar yardımın çatdırılmasına imkan verilib. Lakin münaqişəyə son qoyulması istiqamətində inkişaf əldə olunmayıb.

Suriya üsyançıları arasında ixtilaflar

Rusiyanın İnterfaks agentliyinin verdiyi məlumata görə, Suriyanın BMT-dəki səfiri Bəşar Cəfərinin başçılıq etdiyi Suriya nümayəndə heyəti Astanada müxalifətlə danışıqlara hazır olduğunu bildirib.

Lakin müxalifət sıralarında bəziləri Dəməşqin siyasi həll yolunu yalnız Türkiyə tərəfindən dəstəklənib danışıqlarda iştirak edən müxalifət nümayəndələri ilə müzakirə etməyə hazır olduğu ilə bağlı narahatlıqlarını dilə gətirib. Bu fraksiyaların sırasına Suriya Kürdlərinin Milli Şurası (KNC) daxidir.

Syriya Azaqlıq Ordusunun döyüşçüləri

Syriya Azaqlıq Ordusunun döyüşçüləri

Suriyada kürdlərin nəzarətində olan şimal bölgələrdə qərarlaşan və Türkiyə tərəfindən rədd edilən iki müxalif qrup danışıqlara dəvət edilməyib.

Bunlardan biri İŞİD-a qarşı mübarizədə ABŞ tərəfindən dəstəklənən kürdlərin başçılığı ilə Suriya Demokratik Qüvvələri koalisiyasıdır.

Amerikanın Səsinin kürd xidmətinə müsahibədə fraksiyanın sözçüsü Talal Silo Astanadan gələn heç bir qərara əməl olunmayacağını deyib. O, Amerikanın Səsi ilə Suriya kürdlərinin nəzarətində olan Hasaka regionundan danışıb.

Danışıqlara dəvət olunmayan ikinci qrup isə Suriyanın şimalında kürdlərin əsas siyasi qruplarından biri olan Demokratik Birlik Partiyasıdır (PYD).

Hasaka bölgəsindən Amerikanın Səsinə müsahibədə qrupun lideri Saleh Müslim deyib ki, "Demokratik Birlik Partiyası kimi effektiv müxalifətin qatılmadığı heç bir konfransın inkişafa nail olması mümkün deyil".

Suriyanın əvvəlki danışıqlarda üsyançı qrupların koalisiyasını təmsil edən Ali Müzakirələr Komitəsi də Astana danışıqlarına dəvət edilməyib. Bununla belə qrup danışıqların gələn ay Cenevrədə BMT-nin vasitəçiliyi ilə müzakirələrin keçirilməsi istiqamətində bir addım olacağına ümidini ifadə edib.

XS
SM
MD
LG