Accessibility links

NATO ölkələri Türkiyə sərhədində təhlükəsizliyin gücləndiriləməsini müzakirə edib


NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Türkiyə sərhədində təhlükəsizlyi gücləndirməyin yollarını axtarır. Buna səbəb bir həftə öncə Ankaranın Suriya sərhədində rus qırıcı təyyarəsini vurması ilə bağlı insident olub.

Brüsseldə xarici işlər nazirlərinin toplaşdığı görüşdə rəsmilər bildirib ki, əlavə tədbirlərə Aralıq dənizində daha çox gəminin, Türkiyədəki İncirlik hərbi bazasında isə alyansın daha çox təyyarəsinin yerləşdirilməsi, eləcə də gücləndirilmiş raket müdafiə sisteminin təmin olunması daxildir.

NATO-nun baş katibi Yens Stoltenberq üzv ölkələrin gələn bir neçə həftə ərzində Türkiyə üçün görüləcək müəyyən tədbirlər ətraında razılıq əldə etməli olduqlarının vacibliyini vurğulayıb.

Türkiyə rəsmiləri noyabrın 24-ü baş verən insidentdən öncə Rusiyanın Türkiyənin hava hövzəsini pozduğunu iddia edir. Birləşmiş Ştatlar isə bu iddianı dəstəkləyəcək sübutun olduğunu deyir. Rusiya həmin gün təyyarənin Türkiyə hava hövzəsinə daxil olduğuna dair iddiaları rədd edir. Təyyarə Suriyanın şimal bölgəsinə düşüb.

Moskva sentyabr ayında yaraqlıların hədəflərə qarşı hava hücumlarına başlayandan bəri NATO müttəfiqləri Rusiya illə münaqişə yarana biləcəyindən ehtiyat edirdilər.

ABŞ prezidenti Barak Obama deyib ki, Türkiyənin özünü və suverenliyini müdafiə etmək hüququna malik olsa da, türklər və ruslar sakitləşib, ortaq düşmənləri olduğunu unutmamalıdır.

XS
SM
MD
LG