Accessibility links

Putin və Ərdoğan ticari-iqtisadi əlaqələrin bərpası haqda razılığa gəlib


Ötən il Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkənin prezidentləri arasında ilk dəfə telefon danışığı baş tutub. Telefon bağlantısından sonra Rusiya və Türkiyə arasında turizm və ticarət əməkdaşlığının bərpası razılaşdırılıb.

Hər iki tərəfin təsdiqlədiyi bəyanata əsasən, Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında 40 dəqiqəlik telefon söhbəti zamanı rəsmi Moskvanın ticarət və iqtisadi əlaqələrin bərpasına dair Türkiyə ilə danışıqlara başlayacağı və rus turistlərinin Türkiyəyə səfərləri ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldıracağı bildirilib.

Putin və Ərdoğan həmçinin sentyabrda Çində Böyük İyirmiliyin sammitində üz-üzə görüş keçirmək haqda razılıq əldə edib.

Telefon söhbəti bu həftə Ərdoğanın keçən il vurulan rus təyyarəsinə görə üzrxahlıq ifadə etdiyi məktubuna cavab olaraq Putinin təşəbbüsü ilə baş tutub.

Putin məktub haqqında fikrini bildirərək, ikitərəfli əlaqələrdə “böhran fəsli”nin son çatması üçün şəraitinin yarandığını deyib.

Rusiya prezidenti eyni zamanda, İstanbulun Atatürk hava limanında 41 adamın ölümülə nəticələnmiş hücumu qınayıb və Türkiyə xalqına başsağlığı bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG