Accessibility links

İndoneziya səmasında yoxa çıxan Rusiya təyyarəsinin axtarışına başlanıb

  • Amerikanın səsi

Rəsmilər içərisində 44 adamın olduğu reaktiv təyyarənin İndoneziyanın paytaxtı yaxınlığında yoxa çıxdığını deyirlər. Axtarış və xilasetmə əməliyyatının rəsmiləri Suxoy markalı təyyarənin Cakartanın cənubunda radardan itdiyini xəbər veriblər.

Fransa xəbər agentliyi İndoneziya Nəqliyyat Nazirliyinin sözcüsünə istinadən 100 oturacaqlı, orta mənzilli təyyarənin nümayiş etdirilən iki təyyarədən ikincisi olduğu və paytaxtın cənub bölgəsindəki dağlıq ərazidə itkin düşdüyü deyilir.

Təyyarədəki bütün sərnişinlər dəvətli qonaqlar olub. Başqa bir rəsmiyə istinadən təyyarə gözlənilmədən 3000 metrdən 1800 metrə düşdüyü zaman onunla əlaqə kəsilib. Rusiyanın İTAR-Tass xəbər agentliyi bildirib ki, yenicə istehsaldan çıxmış təyyarə bu yaxınlarda Qazaxıstan, Pakistan və Birma daxil olmaqla mərkəzi və cənubi Asiyada nümayiş etdirilib.

XS
SM
MD
LG