Accessibility links

İndoneziyanın xilas dəstəsi dərin uçuruma düşmüş Rusiya təyyarəsinin qalıqlarının yaxınlığında cəsədlər aşkar etdiklərini deyib. Rəsmilər xilas əməliyyatlarının davam edəcəyini bildirib. Lakin dünən radardan yoxa çıxan 50 sərnişin daşıyan təyyarədə sağ qalanların tapılacağına az şans olduğu bildirilib. İndoneziya prezidenti Susilo Bambanq Yudoyono qəzaya uğramış təyyarənin bu gün paytaxtın cənubunda, vulkan mənbəyi olan Mount Salak dağında aşkar edildiyini deyib. Cakarta hava limanında toplaşan hadisə qurbanlarının ailə üzvləri təyyarənin qalıqlarının yerinin müəyyən edildiyi xəbərini öyrəndikdə göz yaşları axıdıb. Cakartanın Həlim hava limanından yerli vaxtla günorta saat ikidən sonra çıxan təyyarənin axtarışlarına ilkin olaraq pis hava şəraiti maneə törədib.

XS
SM
MD
LG