Accessibility links

Sergey Udaltsova qarşı cinayət işi qaldırılıb


Rusiyada müxalifət lideri Sergey Udaltsova qarşı kütləvi qiyam təşkili ittihamı ilə cinayət işi qaldırılıb.

Rusiyanın Kəşfiyyat Xidməti Udaltsovun Gürcüstan rəsmiləri ilə Rusiya hökumətinə qarşı konspiyasiya hazırladığına dair sənədli filmin nümayişindən sonra onun ittiham edildiyini bildirib.
Kəşfiyyat Xidməti filmin saxtalığına dair dəlil aşkar edilmədiyini bəyan edib.

Hökumətin tənqidçisi olan Udaltsov isə ittihamları rədd edib. Bu gün onun Moskvadakı mənzilində axtarış aparılıb.

Rusiyanın Kəşfiyyat Xidməti bir neçə digər müxalifət liderləri ilə də bağlı istintaqa başlandığını bildirib.
XS
SM
MD
LG