Accessibility links

Rusiya Qərb ərzaq məhsullarının idxalına qadağa qoyub


Rusiya hökuməti Ukrayna münaqişəsinə görə Moskvaya qarşı tətbiq olunan sanksiyalara cavab olaraq Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər Qərb ölkələrdən idxal olunan ərzaq məhsullarının çoxuna qadağa tətbiq edib.

Baş nazir Dmitri Medvedev sanksiyaları Moskvada elan edib. İdxal qadağalarına ət, meyvə, tərəvəz, süd və süd məhsulları daxildir. Kanada, Avstraliya və Norveç kimi ölkələrin də ərzaq məhsulları bu sıyahıya daxil edilib.

Medvedevin bəyanatı prezident Vladimir Putinin Birləşmiş Ştatlar və Avropadan bəzi ərzaq idxalına qadağa qoyan fərmanı imzalamasından sonra verilib. Baş nazir qadağanın bir il davam edəcəyini deyib.

Dmitri Medvedev Moskvanın həmçinin Qərb hava yolları şirkətlərinin uçuşlarını Rusiya hava məkanından uçuşuna qadağa qoyulması barədə düşündüklərini bildirib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın Krımı ilhaqı və Rusiyapərəst separatistlərə dəstək verməsinə cavab olaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG