Accessibility links

Rusiya və Ukrayna arasında razılıq əldə olunub


Rusiya və Ukrayna ölkənin şərqində rusiyapərəst separatçılar və hökumət qüvvələri arasında gedən münaqişəyə baxmayaraq mart ayının sonundan rus qazının nəqlinə dair razılıq əldə edib.

Bazar ertəsi günü əldə edilən razılığa əsasən hər iki ölkə bu ayın sonunda müddəti başa çatacaq Rusiya təbii qazının Ukraynaya nəqli razılaşmasını davam etdirilməsinə qərar verib. Hər iki tərəf daha əvvəl Avropa İttifaqına qaz nəqlinə təhlükə yaradacaq müqaviləni ləğv edəcəkləri ilə bir-birini təhdid edirdi.

Danışıqlara rəhbərlik edən Avropa Şurasının vitse-prezidenti Maros Sefkovik bildirib ki, ona Avropa İttifaqına qaz nəqlinin davam edəcəyilə bağlı təminat verilib.

Tərəflər Ukraynanın üsyançıların nəzarətində olan əraziyə qaz nəqli üçün heç bir ödəniş edilməyəcəyi barədə də razılıq əldə edib.

Rusiyanın təbii qaz şirkəti Qazprom 2006, 2009 və 2014-cü illərdə qiymət münaqişəsinə görə Ukraynaya qaz nəqlini dayandıraraq şərqi Avropanın bir hissəsini soyuqda qoymuş və daha sonra bir neçə həftə ərzində yenidən bərpa etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG