Accessibility links

Ukrayna siyasətçiləri ölkələrinin həftə sonu keçirilən Avropa Mahnı müsabiqəsində qalib gəlməsini dalana dirənmiş Rusiya konliktinə cavab olaraq qələmə verib. Moskva müsabiqənin siyasiləşdirildiyini bildirib.

Ukraynalı müğənni Cəmilə “1944” mahnısıyla qalib gəlib. Mahnı etnik tatarların sovet diktatoru Stalin tərəfindən sürgün edilməsindən bəhs edir.

Eurovision müsabiqəsinin qaydalarına görə 2017-ci ildə növbəti müsabiqə Ukraynanın paytaxtında keçiriləcək. Kremlpərəst siyasətçilərdən biri Rusiyanı gələn il keçiriləcək müsabiqəni boykot etməyə çağırıb.

Nəticələr açıqlandıqdan sonra Ukrayna prezidenti Petro Poroşenko Tvitter hesabından bildirib ki, o Cəmiləni öz adından təbrik edir. "Cəmilə öz səsiylə Ukrayna xalqı adından həqiqətləri dünyaya çatdırdı" - deyə o bildirib.

Ən son 12 il əvvəl Eurovison müsabiqəsində qalib gələn Ukrayna, bu ilki qalibiyyətiylə iki ildir davam edən münaqişədən sıxılmış xalqın əhvalını az da olsa yaxşılaşdırıb.

XS
SM
MD
LG