Accessibility links

Rusiyanın "Qazprom" şirkəti Ukraynaya təbii qaz təczhizarını bərpa etdiyini bildirib. Bu haqda şirkərin rəhbəri Aleksey Miller xəbər verib.

Qaz təchizatı Moskva və Kiyev arasında qiymət mübahisəsinə görə iyul ayında dayandırılmışdı.

"Qazprom" Avropanın təbii qaza ehtiyacının üçdə bir hissəsini təmin edir, bunun yarıya qədəri isə Ukrayna vasitəsilə nəql edilir. Son on il ərzində Kiyev və Moskva arasında qazın daha aşağı qiymətə nəqli ilə bağlı dəfələrlə mübahisələr baş verib.

Aleksandr Miller bildirib ki, qaz təchizatı "Qazprom"un oktyabr ayında gözlənilən 500 milyon dollardan 234 milyon dollar məbləğində ilkin ödənişi almasından sonra bərpa edilib.

"Qazprom" Ukraynanın iyul ayında Moskvaya ilkin ödənişi edə bilməməsindən sonra təchizatı dayandırmışdı.

Sentyabr ayında Rusiya və Ukrayna arsaında texniki detalların müzakirə edilməsindən sonra "qış paketi"nə dair razlıq imzalanıb.

"Qazprom" keçən həftənin cümə günü Ukraynanın oktyabr ayı üçün iki milyard kubmetr qaz istədiyini bildirib.

XS
SM
MD
LG