Accessibility links

Rusiya Ukrayna sərhədi boyu yeni hərbi təlimlərin keçiriləcəyini elan edib. Ukraynanın müvəqqəti hökumətinin prezidenti Oleksandr Tırçinov sərhəddə əsgərlərin yerləşdirilməsinə reaksiya olaraq, deyib ki, belə görünür, silahlı qüvvələri hər an müdaxiləyə hazır vəziyyətdədir.

Rusiya mediası hərbi təlimlərin gələn iki həftə ərzində keçiriləcəyi haqda məlumat verib. Hərbi təlimlər Birləşmiş Ştatlar və Qərbi Avropa ölkələrilə Moskva arasında Ukraynanın əhalisinin əksəriyyəti ruslardan ibarət olan Krımın taleyi ilə əlaqədar qarşıdurmanın yarandığı bir vaxt keçirilir.

Rəsmi Moskva bu ayın əvvəli minlərlə əsgəri qüvvədən ibarət olan hərbi personalı Ukrayana göndərib və Krımın ya Ukraynanın tərkibində qalması, ya da Rusiya Federasiyasına qoşulmasına dair referendum dəstəkləyir.

ABŞ və Avropa müttəfiqləri Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edir. Qərb referendumun qeyri-leqal olduğunu bəyan edərək, Krım Ukraynanın tərkibindən çıxsa, Moskvaya qarşı iqtisadi və diplomatik sanksiyalarla hədələyir.
XS
SM
MD
LG