Accessibility links

Avropa Şurası Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib


Avropa Şurası Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib. Lakin sanksiyalar Ukrayna hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında atəşkəsin qiymətləndirilməsinə qədər tətbiq edilməyəcək.

Yeni sanksiyalar Rusiyanın dövlət neft şirkətləri olan Rosneft, Transnet və təbii qaz şirkəti Qazproma məxsus obyektləri, həmçinin bir neçə hökumət rəsmisini hədəf alıb.

Avropa Şurasının prezidenti Herman Van Rompuy deyib ki, sanksiyalar bir neçə gün ərzində qüvvəyə minəcək, lakin Ukraynada vəziyyətdən asılı olaraq nəzərdən keçirilə bilər.

Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilsə, Rusiya öz hava məkanını xarici təyyarələrin uçuşları üçün məhdudlaşdıracağı ilə təhdid edib.

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqdə Mariupola səfəri zamanı şəhərin Ukrayna ərazisi olduğunu elan edib və heç kimə təslim edilməyəcəyini bildirib.

Cümə günü atəşkəs haqda saziş imzalandıqdan sonra bu şəhərdə və şəhərin ətrafında döyüşlər qeydə alınıb. Hər iki tərəf atəşkəsin pozulmasında biri-birini təqsirləndirir.

XS
SM
MD
LG