Accessibility links

Ukrayna Rusiyanın yardım daşıyan yük maşınlarını sərhəddən keçməsinə icazə verməyəcək


Ukrayna Rusiyadan ölkəyə yardım daşıyan 280 yük maşınının sərhəddən keçməsinə icazə verilməyəcəyini bildirib.

Ukrayna rəsmiləri maşın karvanının ölkəyə daxil olmasına yardımın Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əlaqələndirilməməsinə və bunun Rusiyanın separatçıların nəzarətində olan ərazilərə əsgəri qüvvə göndərməsi üçün bir bəhanə ola biləcəyinə görə icazə verilmir.

Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Valeri Çalıy hökumətin yük maşınlarının Ukraynaya daxil olmasına icazə verilməzini nəzərdən keçirmədiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın yardımı onun Ukraynanın şərqinə çatdırılmasını təmin edəcək Beynəlxalq Qırmızı Xaç komitəsinin maşınlarına doldurulacaq.

Valeri Çalıy bildirib ki, Ukrayna Rusiyanın fövqəladə hallar nazirliyi, ya da hərbi qüvvələrin yardımı müşayiət etməsinə imkan verməyəcək.

Rusiya televiziyasının verdiyi məlumata əsasən, yardım missiyası Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əlaqələndirilib.

Lakin yardım təşkilatı Rusiyanın yardım missiyasında iştirakı ilə bağlı heç bir razılığın olmadığını və bu kimi misisyanın gerçəkləşdirilməsi üçün praktiki detalların aydınlaşdırılmalı olduğunu bildirib.

XS
SM
MD
LG