Accessibility links

Rusiya öz ərazisinə düşən raketə görə Ukraynanı günahlandırır


Rusiya sərhəd yaxınlığında baş vermiş artilleriya atəşi nəticəsində həlak olan vətandaşına görə Ukraynanı günahlandırır.

Yerli medianın bildirdiyinə görə həlak olan şəxsin adı Andrey Şulyatyevdir. Onun anası Feoktista Çelikova partlayış nəticəsində yaralanıb. Bu haqda məlumat yayan Rusiyanın RU-RTR kanalı bildirir ki, iki raketdən birincisi evin arxasına düşüb.

Kreml bəyan edib ki, Ukrayna ölümə görə məsuliyyət daşıyacaq. Ukrayna isə iddiaları qəbul etmir və raketlərin təxribatçılar tərəfindən Rusiyanı qızışdırmaq üçün atıldığını deyib.

Bu arada Rusiya və Ukrayna xəbər agentlikləri bildirir ki, bazar günü Ukrayna qüvvələri separatistlərin nəzarətində olan Luhansk şəhərinə hücum etsələr də şəhərdə nəzarəti ələ almağa müvəffəq olmayıblar.

Bölgədə döyüşlərin Ukrayna hökumətinin iyun ayının 30-da başa çatan atəşkəsi yeniləməyi rədd etməsindən sonra daha da qızışdığı deyilir. Həmin gündən etibarən Ukrayna qüvvələri separatçıların istehkamı sayılan Slovyansk şəhəri də daxil olmaqla bir neçə şəhəri azad edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG