Accessibility links

Rusiya rəsmiləri bildirib ki, ordu Ukraynanın sərhəd regionu daxil olmaqla ölkənin mərkəz və qərb bölgələrində hərbi təlimlərə başlayıb.

Rəsmilər cümə gününə qədər davam edəcək təlimlərdə100-də çox hərbi təyyarə və vertolyotdan istifadə edildiyini bildirib.

Açıqlanan məlumatda Ukrayna ilə bağlı heç bir şey bildirilməsə də hərbi təlimlərin döyüşlərin getdiyi bölgələrdə gərginliyin artırmasına gətirib çıxaracağı ehtimal edilir.

Bazar günü beynəlxalq təhqiqatçıların Malaziya təyyarəsinin düşdüyü yerdə təhqiqatı davam etdirdiyi vaxt Ukrayna qüvvələri və rusiyapərəst sepatçılar arasında gərgin döyüşlər gedib.

Donetsk rəsmiləri döyüşlər zamanı 6 nəfərin öldüyünü bildirib. Reuters xəbər agentliyinin məlumatına əsasən Luqansk bölgəsində də üç nəfər həyatını itirib.

Rusiya sərhədi yaxınlığında muxtar respublikalar yaratmaq istəyən üsyançılarla Ukrayna qüvvələri arasında üç aya yaxındır ki döyüşlər gedir.

XS
SM
MD
LG