Accessibility links

Rusiya müdafiə nazirliyinin sözçüsü hərbi qüvvələrin Sakit okeanında Kuril adalarında təlimlərə başladığını bildirib. Bu addımın Yaponiya rəsmilərinin qəzəblənə səbəb olacağı güman edilir.

Rusiyanın silahlı qüvvələrin şərq hərbi bölməsinin sözcüsü polkovnik Aleksandr Qordiyev İnterfaks xəbər agentliyinə müsahibədə təlimlərin Kuril adalarına hərbi birləşmələrin yerləşdirilməsi ilə başladığını bildirib.

O, hərbi manevrlərdə mindən çox əsgərin iştirak etdiyini, Mi-8AMTSh tipli beş döyüş vertolyotunun və 100 adda digər hərbi texnikanın cəlb edildiyini deyib.

Bu arada, NATO Rusiyanın rusiyapərəst separatçılara dəstəyi artırmaq məqsədilə ölkənin şərqinə mümkün müdaxilə üçün Ukrayna ilə sərhəddə çox sayda hərbi qüvvə yerləşdirdiyini bildirib. Moskva bu iddiaları rədd edir.

XS
SM
MD
LG