Accessibility links

Ukrayna ruslara humanitar yardım gətirməyə icazə verəcək - yoxlamadan sonra


Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukraynaya humanitar yardım göndərməklə yaranmış problemi həll edib.

İnterfaks xəbər agentliyinin məlumatına görə Ukraynaya gedəcək humanitar yardım daşıyan yük maşınları gömrükdən keçdikdən sonra Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin təmsilçiləri tərəfindən müşayiət olunacaq.

Cənab Lavrov Fransa, Ukrayna və Almanyadan olan həmkarları ilə Ukraynanın şərqində daimi atəşkəsin əldə olunması və döyüşləri dayandıracaq siyasi həll yollarının tapılması istiqamətində Berlində keçirilən görüşlərin nəticəsiz qaldığını deyib.

Almanya xarici işlər naziri Frank-Valter Ştaynmayer danışıqların "açıq" keçdiyini deyib və nazirlərin atılacaq növbəti addım barədə ölkələrinə xəbər verəcəklərini bildirib.

Bu arada Ukraynanın şərq şəhəri keçən həftə separatislərlə hərbi qüvvələr arasında ağır döyüşlərə səhnə olub. Ukrayna qüvvələri Luhanskda polis məntəqəsini separatistlərdən təmizləyiblər.

Bazar günü üsyançılar Ukrayna ordusuna məxsus hərbi təyyarəni vurduqlarını bildiriblər.

Şahidlər rusiyapərəst zirehli maşın karvanının Rusiya sərhədi yaxınlığına üsyançıların nəzarətində olduğu bölgəyə raketlər daşıdığını xəbər veriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG