Accessibility links

Rusiya Ukraynaya Moskvanın təklifini rədd etdiyi üçün xəbərdarlıq edib. Yeni təklif Kiyevin qaz üçün ödədiyi qiymətə 20 faiz endirim edir.

Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib ki, hər 1000 kub metr 100 dollar endirim üçün hazırkı müqaviləni dəyişdirib yenisini imzalamağa ehtiyac yoxdur.

Hər iki ölkə arasında 2009-cu ildə imzalanmış müqaviləyə görə hər 1000 kub metr qaz üçün Ukrayna 485 dollar ödəyir.

Rəsmilər Brüsseldə qazın qiyməti və Ukraynanın Rusiyaya olan borcu ilə bağlı danışıqları davam etdirir.

Rusiya Kiyevi qaz ixracını dayandırmaqla hədələyir. İxracın dayandırılması Avropa regionuna da təsir göstərə bilər.

Rusiyanın dövlət qaz şirkəti Qazprom bildirib ki, Ukraynaya yeni qazın ödəniş şərtlərini gələn həftədən tətbiq edəcəyinə dair vaxt verilib.
XS
SM
MD
LG