Accessibility links

Rusiyada kimsəsiz uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsinin yasaqlanması diskussiyalar mövzusu olaraq qalır. Diskussiyalar zamanı uşaq götürən amerikalıların bu arada müxtəlif şirkətlərdən imtiyazlar əldə etməklə varlandığına dair fikirlər də səslənib. Bu həqiqətənmi belədir?

“Bəlkə bundan övladlıqla məşğul olan agentliklər mənfəət əldə edir. Lakin uşaq götürən valideynlərin qazanc əldə etməsi sadəcə gülməlidir.” Bu, iki il əvvəl Rusiyanın Rostov şəhərindən ikiyaşlı Natanı övladlığa götürən Tobi Maneviçin sözləridir.

“Amerikanın səsi”nə müsahibəsi zamanı Tobi bildirib ki, həmin il 12 min dollar məbləğində vergi endirimi əldə edib. Bu məbləğ onun gəlirindən çıxıldıqdan sonra o, vergi ödəyib. “Bu pul övladlıq prosesinə xərclənən məsrəfə yaxın belə deyil. Rusiyaya səfərlərə xərclənən vəsaitdən əlavə 50 dollar sərf etmişəm. Buraya mehmanxana, tərcümə, xidmətlər, yemək və sənədlərin hazırlanmasına gedən pullar da daxildir. Bu vəsait yalnız uşağın evə gətirilməsinə xərclənir. ”

ABŞ-da 2012-ci ildə övladlığa götürülmə üçün vergi ixtisarları 12650 dollar təşkil edib. Bu,iİllik gəlirləri 225210 dollardan artıq olan ailələrə şamil edilmir. Bir halda ki, söhbət vergi ixtisarından gedir, Amerikada bunun üçün əlavə sənədlər tələb olunur.

2010-cu ildə ABŞ-da övladlıqla əlaqədar vergi endirimlərinə edilən müraciət 1.2 milyard dollar təşkil edib.

2012-ci ildə orta sinif amerikalılara uşaqlarını 17 yaşına çatdırmaq üçün 235 min dollar lazım olub. Bu isə 2010-cu illə müqayisədə 3.5 faiz artıq olub. Bu məbləğə təhsil xərçi daxil deyil.

Amerikada orta hesabla ildə nə qədər uşağın övladlığa götürüldüyünü dəqiq söyləmək mümkün olmasa da, təxmini hesablamalara görə burada hər il 140 minə yaxın uşaq ailələrin himayəsinə verilir.

Övladlığa götürmə prosesi bir ildən artıq, bəzi hallarda daha uzun sürür.
XS
SM
MD
LG