Accessibility links

Rusiya və Azərbaycan Qəbələ RLS-lə bağlı danışıqları davam etdirəcək


Rusiya və Azərbaycan Qəbələ RLS-lə bağlı danışıqları davam etdirəcək

Rusiya və Azərbaycan Qəbələ RLS-lə bağlı danışıqları davam etdirəcək

Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edəcək. Bundan əvvəl Rusiya xarici işlər naziri Qəbələ RLS ilə bağlı prinsipial fikir ayrılığının olmadığını bildirib.

Moskvada Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair danışıqlar aparılacaq. Fevralın 14-də Moskvada Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinə dair sazişin uzadılması barədə hökumətlərarası danışıqların növbəti mərhələsi başlayacaq. Bu barədə Turan

Agentliyi Moskvadakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edəcək. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və Azərbaycan arasında Qəbələ RLS ilə bağlı prinsipial fikir ayrılığının olmadığını bildirib. “Başa düşdüyüm kimi, söhbət icarə haqqının konkret parametrlərindən gedir, burada prinsipial problem yoxdur, sadəcə, onlar razılığa gəlməlidir”, - cənab Lavrov vurğulayıb.

Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinə dair saziş 2002-ci ildə imzalanıb. Sazişin müddəti 2012-ci il dekabrın 24-də bitir. İndiyədək Rusiya RLS-in icarəsinə görə ildə 7 mln. dollar ödəyib. Lakin Bakı bu məbləğin ildə 15 mln. dollara kimi artırılmasını , həmçinin personalın bir hissəsinin yerli vətəndaşlardan təşkil olunmasını tələb edir. Rusiya icarə müddətinin 2025-ci ilədək uzadılmasını təklif edir. Moskva həmçinin orada yeni modul stansiya tikmək istəyir ki, bu da Rusiyaya məxsus olacaq. Qəbələ RLS 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilib. RLS-in imkanları Hind okeanı körfəzində ballistik raketlərin buraxılışını izləməyə şərait yaradır.

XS
SM
MD
LG